30 yaşlı oğlan intihar etdi

  • By admin
  • 20 Mart 2020 23:02

Goranboy rayonunda 30 yaşlı oğlan intihar edib.

Gununsesiaz.info-nun “Qafqazinfo”ya istinadən məlumata görə, hadisə bir neçə saat əvvəl rayonun Quşçu kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ənvər Hidayət oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır.

 

 

Gununsesiaz.info