3 avtomobil toqquşdu -Səfirlik əməkdaşı yaralandı

  • By admin
  • 03 Avqust 2016 11:30

One person died in this three-car crash. (KATU News photo)

Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus “Nissan”, Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus “Mercedes-Benz” və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşublar.
Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Gununsesi.info