24 yaşlı gənc bir gecədə milyarder oldu - FOTO

  • By admin
  • 26 Oktyabr 2019 16:12

Honq Konqlu bir ailə universitetdən məzun olan övladlarına hədiyyə olaraq şirkətlərinin 3.88 milyard dollarlıq hissəsini verib.

Gununsesi.org xəbər verir ki, Erik Tse adlı gənc bu sayədə dünyanın ən zəngin 550 insanından biri olub. Erik Tse ABŞ Pensilvaniya universitetindən məzun olub. O, ABŞ prezidenti Donald Tramp, tanınmış rejissor Stiven Spilberg və “Starbucks”ın qurucusu Hovard Şultsu üstələyərək dünyanın ən varlı adamlarından biri olub. Erikin valideynləri Çinin dərman nəhəngi olan “Sino Biopharmaceutical” şirkətinin idarəçiləridir. Valideynləri Erik Tseyə şirkətin beşdə bir hissəsini təhvil verib.

Məsələ ilə bağlı şirkət tərəfindən rəsmi açıqlama da verilib.

ABŞ mediasında yer alan xəbərlərdə bildirilir ki, Erik Tsenin milyarder olmadan əvvəlki həyatı olduqca aktiv olub. O, bir çox məşhur müğənnilər, siyasətçilər və s. tanınmış şəxslərlə yaxın münasibətdədir. Ailəsinin ən az 5 şirkətinin icraçı direktoru vəzifəsində işləyir. Erik Tse özü də əvvəllər bu şirkətlərdə çalışıb. Onun illik gəliri 500 min dollar idi.

Erik Tse məzun olduğu universitetin jurnalına verdiyi müsahibədə bunları deyib: “Ailəm məndəki potensialı gördü. Onlar heç bir qarşılıq gözləmədən məni milyarder etdilər. Mən 19 yaşından bəri aktiv bir iş həyatına sahibəm”

Eric Tse instagram ile ilgili görsel sonucu

 

Gununsesi.org