24 milyard dollar sərvəti olan biznesmeni girov götürdülər – Ölkə çalxalandı

  • By admin
  • 16 İyun 2020 14:48

24 milyard dollardan çox olan sərvəti ilə dünyanın ən varlı şəxslərindən olan Çinli biznesmeni Heç Şianqjian evində silahlı şəxslər tərəfindən girov götürülüb. 

Gununsesi.orgYenisabah.az-a istinadla xəbər verir ki, 77 yaşlı biznesmenin oğlu da özü ilə birgə girov kimi saxlanılıb, lakin bir müddət sonra Heç Cianqfenq onların əlindən qaçıb və çayı üzüb keçərək, polisə xəbər verib.  O, polisə hücum edənlərin partlayıcı alətlərinin olduğunu deyib. Nəticədə polis evə əməliyyat təşkil edib və milyarderi xilas edib.

Qeyd edək ki, hadisə bazar günü Cuanqdonq vilayətinin Foşan kəndində baş verib.

Gununsesi.org