22 min abituriyent tələbə adını qazanıb

  • By admin
  • 04 Avqust 2016 15:00

TQDK

 

“Artıq bu vaxta kimi 21 915 abituriyent ali təhsil müəssisələrinə ixtisas seçimi edib. Onlardan 19 852-si Azərbaycan, 2063-ü isə rus bölməsinin məzunlarıdır”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)verilən cavabda bildirilib.

Qeyd olunub ki, ixtisas seçimi edənlər arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir. Belə ki, I qrup üzrə 8079, II qrup üzrə 6149, III qrup üzrə 5698, IV qrup üzrə isə 1989 abituriyent ixtisas seçimi edərək təhsil alacağı ali məktəbi müəyyənləşdirib.

Qeyd edək ki, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib və onlardan 34 385 nəfər (43,8%) 200-dən yuxarı bal toplayaraq ixtisas seçimində iştirak hüququ qazanıb. Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 29 başlayıb və avqustun 10-u saat 23:59-da başa çatacaq. İxtisas seçimi etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq.

 

Gununsesi.info