2 ildir işsiz qalan Abid Şərifov aylar sonra danışdı

  • By admin
  • 29 Yanvar 2020 14:50

Baş nazirin keçmiş müavini Abid Şərifov istirahət etməyə üstünlük verir.

Gununsesi.org-un məlumatına görə, Şərifov bu barədə Oxu.Az-a açıqlamasında bildirib.

O deyib ki, səhhəti normaldır və hər şey qaydasındadır.

“Zəng edib maraqlandığınız üçün çox sağ olun. Hər şey yaxşıdır. Hazırda istirahət edirəm”, – deyə A.Şərifov əlavə edib.

Qeyd edək ki, A.Şərifov 20 iyul 1995-cü ildən 21 aprel 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

Gununsesi.org