2 Aprel – Dünya Autizm Məlumatlandırma Günüdür - GÜNAY AĞAMALI YAZIR

  • By admin
  • 02 Aprel 2020 19:11

Autizimlə bağlı ilk olaraq onu deyə bilərəm ki, bu yalnız ailələrin problemi deyil, həmçinin cəmiyyətin problemidir.

Bildiyimiz kimi, autizm yaş artımı ilə əlaqədar olaraq meydana gələn inkişaf əngəlliyici bir haldır. Bu problem əslində uşaqların sosiallaşması üçün, onların cəmiyyətə uyğunlaşması üçün çox böyük problemlər yaradır. Uşaqlar və valideynlər çox böyük problemlərlə rastlaşırlar. Təssüf ki, bəzən nəqliyyat vasitələrində, cəmiyyət içərisində bu uşaqlar qəbul olunmur.

Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, əgər siz uşaqda 2 yaşında fərqli bir davranış, psixoloji durumunda bir problem görürsünüzsə mütləq ki, mütəxəssislərə müraciət edin. Onuda qeyd edim ki, autizmin ilkin mərhələsində məktəbəqədər təhsil müəssisəsinin çox böyük rolu vardır. Məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqlar cəmiyyətə uyğunlaşırlar. Hətta mənim təcrübəmdə autizmli uşaqların sosiallaşıb, məktəbə gedenləri də olub. Yəni əgər məsələnin üzərinə valideyn vaxtında düşərsə, erkən müdaxilə olarsa, düzgün seçim edib, düzgün mütəxəssis seçərsə, düzgün məktəbəqədər təhsil muəssisəsi başqa sözlə uşaq bağçası seçərsə o zaman təbii ki, mən demirəm 100% ancaq 70 – 80% müsbət nəticə əldə edəcəklər.

Bugün ki, gündə İnkluziv təhsilə çox böyük önəm verilməlidir. Bəzi hallarda valideynlər narahatçılıqla düşünürlər ki, mənim uşağımın yanında bir autizmli uşaq olarsa, bu problemdir. Xeyir, yalnış bir düşüncədir. Əslində normal uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara artıq qayğı ilə yanaşırlar, onları sevirlər. Onlarda mərhəmət hissi formalaşır.

Əsas odur ki, valideynlər zamanında övladlarının problemlərini duysunlar, bizdə öz imkanımız daxilində əlimizdən nə gəlirsə etməyə hazırıq.

Sonda onuda qeyd edim ki, mən özüm ixtisasca psixoloqam. Uaqların psixoloji durumunun sağlam olması mənim üçün çox böyük əhəmiyyət daşıyır.

Dəyərli oxucular, hər birinizi xüsusi qayğıya ehtiyacı olan uşaqlarımıza qarşı sevgi, qayğı və mərhəmətinizi əsirgəməməyə səsləyirəm. Bizim üçün özgə uşağı yoxdur! Hamısı bizim balalarımızdır!

 

Günay Ağamalı

Gununsesi.org