190 manat üçün müraciət edən kimdir? — 49 mənzili olan şəxs barədə NAZİRLİKDƏN AÇIQLAMA

  • By admin
  • 29 Aprel 2020 16:39

190 manatlıq birdəfəlik sosial yardım almaq üçün müraciət edənlər arasında 49 mənzilə sahib olan şəxsin olması cəmiyyət arasında birmənalı qarşılanmayıb. Bir qisim insan bu xəbərə inansa da, digərləri bunun ƏƏSMN-nin gecikən yardımlara görə özünə haqq qazandırması kimi qiymətləndirib. Bu şəxsin kimliyinin açıqlanmaması isə yayılan söz-söhbəti daha da alovlandırıb.

Gununsesi.org olke.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəsmisi Fazil Talıbov saytımıza açıqlamasında, bu fikirləri təkzib edərək, bunun yalan olduğunu bildirib.

“Nazirlik artıq bu məsələ ilə bağlı rəsmi açıqlama verib. Kim nə deyir desin, deyənlər özləri də bilmirlər ki, nə danışırlar. Biz həmin o, şəxs barədə məlumat yaya bilmərik. Bu qanunla qadağandır. Çünki bu fərdi məlumatdır. Hər kəsin fərdi məlumatı toxunulmazdır”,- deyə o, bildirib.

Qeyd edək ki, bir müddət öncə ƏƏSMN-nin mətbuat xidmətinin rəsmisi Fazil Talıbov “Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!”,- deyə yazması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. (ölkə.az)

Gununsesi.org