17 yaşlı qızı qətlə yetirən qatil: “Səhvən öldürmüşəm, başqasına bənzətdim”

  • By admin
  • 26 May 2020 14:49
Türkiyənin Manisa şəhərində 17 yaşlı Ceren Kultaşı tüfənglə qətlə yetirdikdən sonra saxlanılan şübhəli Şükrü Şimşek məhkəmə qərarı ilə həbs olunub.
Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Cinayətkarın məhkəməyə verdiyi ifadə hər kəsdə təəccüb doğurub:
“S.K. adlı gənc qızla aramızda ədavət vardı. Hadisə günü yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçərkən gördüyüm şəxsi S.K.-yə bənzətdim. Bir qədər irəlilədikdən sonra geri qayıtdım və yanımdakı tüfənglə 4-5 dəfə atəş açdım. Ancaq öldürdüyüm şəxs S.K. deyil, Ceren Kultaş imiş”.
Gununsesi.org