15 ildir Hərbi Prokuror olan 66 yaşlı Xanlar Vəliyev yenidən vəzifəsinə təyin edildi – Daha 5 il rəhbər olacaq

  • By admin
  • 09 Aprel 2020 13:10
Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.
Hərbi Prokurorluğun Mətbuat xidmətindən faktı Gununsesi.org-a təsdiqləyiblər.
Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən, Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.
Dövlət başçısı İlham Əliyevin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.
18 mart 2015-ci il tarixli prezident sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.
Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

Xatırladaq ki, Xanlar vəliyev 15 ildir ki, Azərbaycanın Hərbi Prokurorluğuna rəhbərlik edir və 66 yaşındadır.

Gununsesi.org