14 yaşlı qız atası ilə yaşayan qadını bıçaqladı

  • By admin
  • 22 Fevral 2020 12:04

Türkiyənin Malatya şəhərində 14 yaşlı qız atası ilə birlikdə yaşayan qadını bıçaqlayıb.

Gununsesiaz.info bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

14 yaşlı F.T. ilə 39 yaşlı S.A. arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə getdikcə qızışıb və 14 yaşlı qız A.S-ya kürəyindən bıçaq zərbəsi endirib. Bıçaq yarası alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.

Gununsesiaz.info