Dünyanın qocaman kişisi odur – Yaşını bildikdə...

  • By admin
  • 01 Aprel 2020 10:41

Martın 29-da 112-ci ad gününü qeyd edən britaniyalı Robert Ueyton dünyanın ən yaşlı kişisi kimi tanınaraq Ginnesin rekordlar kitabına düşüb.

Gununsesi.org-un TASS-a istindan verdiyi məlumata görə, bu barədə Ginnesin rekordlar kitabınln saytında deyilir.

Robert Ueytonun üç övladı, 10 nəvəsi və 25 nəticəsi var. Britaniyada yeni növ koronavirusun yayılmasının qarşısını almağa dair qaydalara uyğun olaraq, Ginnesin rekordlar kitabının nümayəndəsi adətən olduğu kimi Robertlə şəxsən görüşə bilməyib. Əlamətdar hadisəni qeyd etmək üçün bütün təbriklər təhlükəsiz məsafədən edilib.

Dünyanın ən yaşlı xanımı isə 116 yaşlı yaponiyalı Kane Tanakadır.

Gununsesi.org