11 il keçsə də, hələ də Türkiyədə onlara maraq var

  • By admin
  • 17 İyun 2020 12:19

Türkiyədə populyar olan “Eurovision” mahnılarının siyahısı açıqlanıb.

Gununsesi.org xəbər verir ki, statistikanı müsabiqənin qonşu ölkə üzrə nümayəndəliyi yayıb.

Təqdim olunan siyahıda 10 müğənninin adı qeyd olunub. Onlar arasında Azərbaycanı 2009-cu ildə Rusiyada təmsil edən Aysel Teymurzadə və Araş da var. Cütlüyün “Always” mahnısı Türkiyədə sevilən 4-cü layihə kimi təqdim edilib.

Bildirilib ki, bəstə “Billboard Türkiyə” siyahısında 11-ci, “Number One FM”də 18-ci yerdə qərarlaşıb. Bundan əlavə mahnı bəzi xəbər proqramlarının fon musiqisi olaraq istifadə olunub. Mahnıya marağı “Youtube”da yazılan şərhlərdən də aydın görmək mümkündür.

Siyahıda birinci yeri Alexander Rybak (Norveç- “Fairytale”), ikinci yeri Helena Paparizou (Yunanıstan- “My Number One”), üçüncü yeri isə Len ( Almaniya – “Satellite”) tutub.

Gununsesi.org