104 yaşlı müharibə veteranı koronavirusdan sağaldı

  • By admin
  • 02 Aprel 2020 20:56
Gununsesi.org Fox News-ə istinadən xəbər verir ki, ABŞ-ın Oreqon ştatının sakini, 104 yaşlı İkinci Dünya Müharibəsi veteranı Bill Lapsçis koronavirusun yaratdığı xəstəlikdən sağalıb.
Telekanalın qeyd etdiyi kimi, Lapsçis, ehtimal ki, koronavirus infeksiyasından sağalan ən yaşlı adamdır.O,  bu həftənin əvvəlində 104 yaşını qeyd edib.
İkinci Dünya Müharibəsi əsnasında Aleut Adalarında xidmət edən Bill Lapsçis, Oreqon ştatının Lebanon şəhərində yeni koronavirusa yoluxmuş veteranlar üçün qocalar evinin 15 sakinindən biri olub. Bu xəstələrdən ikisi bu həftə ölüb. Görünür, müharibədə bərkimiş adama koronavirus da təsir etmir.
Gununsesi.org