10 ildə 300 dəfə əməliyyat edildi

  • By admin
  • 20 Yanvar 2020 10:18

Türkiyənin Bursa şəhərində doqquz il əvvəl içdiyi təmizlik maddəsi səbəbilə daxili orqanları zədələnən 12 yaşlı Kayra Karakaş ölkə daxilində və xaricdə ümumilikdə 300 dəfə əməliyyat edilib.

Gununsesi.org “HaberGlobal”a istinadən xəbər verir ki, 12 yaşlı Karakaş növbəti əməliyyat üçün yaxın günlərdə ABŞ-a göndəriləcək.

Karakaş ailəsinin övladının 2011-ci ildə üç yaşında olarkən içdiyi təmizlik maddəsi səbəbilə qida borusu, mədəsi və bağırsağı zərər görüb. Bundan sonra isə uşağın öz sağlamlığına qovuşması üçün üzərində 300 əməliyyat aparılıb.

Ötən ilin 27 iyulunda ABŞ-ın Boston şəhərində əməliyyat edilən uşağın ayağından götürülən hissələrlə qida borusu bərpa edilib. Bununla Kayra illər sonra ilk dəfə ağız vasitəsilə qida qəbul edə bilib.

Bu əməliyyatın ardından Türkiyəyə göndərilən uşaq yanvarın 28-də növbəti dəfə əməliyyat üçün ABŞ-a yollanacaq. Həkimlər bu əməliyyatın sonuncu olacağını, lakin olduqca ağır keçən əməliyyatın ən azı 48 saat davam edəcəyini qeyd edir.

Gununsesi.org