Azərbaycanda könüllü tibbi sığorta bazarı 14% artıb

  • By admin
  • 14 Mart 2020 17:30

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə bu ilin yanvar ayı ərzində 51 808,4 min manat sığorta haqqı toplanıb.

Gununsesi.org-un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 13,6% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən bu ilin ilk ayı ərzində 5 712,2 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Gununsesi.org