‎The Washington Post : “Belarus xalqı bezib, onların səsini duyan olacaqmı?”

  • By admin
  • 28 İyun 2020 20:46

“Aleksandr Lukaşenko – Belarusun prezidenti və Şərq və Qərb arasında balansı qoruyan əfsanə qayıq sürən…

Bu adam seçkilərin saxtalaşdırılması üzrə əsl residivist və tənqidi fikirlərə dözümü olmayan şöhrətpərəst avtokratdır. Bütün bunlar ona əsrin bir rübü boyunca hakimiyyətdə qalmağa kömək edib. İndi 6-cı dəfə namizədliyini irəli sürmək istədiyi bir vaxtda güclü müqavimətlə qarşılaşır”.

Gununsesi.org xəbər verir ki, bu cümlələr ABŞ-ın “The Washington Post” qəzetinə yer alıb.

“Lukaşenko rəqiblərini həbsə atdıraraq və seçkiləri saxtalaşdıraraq özünü hər kəsə sabitliyin tək seçimi kimi təqdim edib. Lakin bu dəfə o, iqtisadi durğunluğa görə deyil, həm də pandemiya dövründə məsələyə insanları hamama getməyi məsləhət görəcək dərəcədə istehza ilə yanaşmasına görə ciddi narazılıqla üzləşib. Hazırda 9,4 milyondan çox əhalisi olan ölkədə 60 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Müqayisə üçün 40 milyonluq əhaliyə malik qonşu Polşada bu rəqəm sadəcə 32 min təşkil edir”, – deyə, məqalədə yazılıb.

Qəzet hazırda Belarus liderinə ən ciddi rəqib kimi Sergey Tixanovski və Viktor Babarikanı göstərib.

“Lukaşenko bunlarla bağlı ən yaxşı bildiyi silaha – həbs yoluna əl atıb. Bununla o, rəqiblərinin seçki kampaniyası keçirməsinə mane olur. Həmçinin ölkədə yüzdən çox etirazçı və onlarla jurnalist saxlanıb”, – deyə, məqalədə göstərilib.

Məqalə müəllifinin fikrincə, bu vaxta qədər Aleksandr Lukaşenko böyük dövlətlər arasında məharətlə manevr edə bilib. Çünki Rusiyanın onun Qərbə meyllənməsini istəmədiyini bilir. Lakin bununla yanaşı, ABŞ dövlət katibi Maykl Pompeo ilə də görüşərək Tramp administrasiyası ilə oynayır.

“Bütün bunlara rəğmən Aleksandr Lukaşenko əvvəlki kimi ölkə daxilində əmin görünmür. Insanlar onun çıxışlarından və iqtisadi vəziyyətdən bezib. Əsas məsələ bundan ibarətdir ki, bu ilin avqust ayının 9-da A.Lukaşenko növbəti fırıldağa əl atacağı zaman Belarus xalqının səsini eşidən olacaqmı?”, – deyə, məqalənin sonunda qəti sual ünvanlanıb.

 

 

Gununsesi.org