Əsəd və Rusiya İdlibi yenidən bombaladı – İnsanlar hava zərbələri altında can verdi

  • By admin
  • 03 Mart 2020 17:42

Əsəd rejimi və Rusiyanın İdlib Gərginliyi Azaltma bölgəsinə həyata keçirdiyi hücumlar nəticəsində 12 mülki şəxs həyatını itirib.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rejim və ona dəstək verən rus döyüş təyyarələrinin İdlib şəhər mərkəzi, Benniş qəsəbəsi və Səhil Ruc bölgəsinin Udvan kəndinə etdiyi hücumlarda 4-ü uşaq olmaqla 12 mülki şəxs həlak olub.

 Xatırladaq ki, 17 sentyabr 2018-ci il tarixində keçirilən Soçi razılaşmasından bugünə qədər rejim və tərəfdarlarının İdlibə hücumları nəticəsində 1800-dən çox mülki şəxs ölüb.

Gununsesi.org