Ərzaq məhsullarının idxaldan asılılığı pik həddə çatıb - Cədvəl

  • By admin
  • 19 Oktyabr 2016 16:20

 

erzaq-dukan

Azərbaycan hökuməti əhalinin ərzaq məhsulları üzrə təhlükəsizliyinin təmini ilə bağlı 2008-ci ildə Dövlət Proqramı qəbul edib. Həmin proqrama əsasən, ölkə daxili ərzaq və kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla, bu istiqamətdə idxal asılılığını azaltmaqdır.  Dövlət Proqramının icrası üçün hər il dövlət büdcəsindən ortalama 100 milyon manat civarında vəsait də ayrılıb. Bəs, ötən müddət ərzində hansı nailiyyətlər əldə olunub?

Gununsesi.info bununla bağlı bir cədvəl hazırlayıb.  Həmin cədvəldə əsas vacib olan bir necə ərzaq və kənd təsərrüfatı məhsullarının 2008-2016-ci illər ərizində idxal dinamıkasını göstərir. Beləliklə,

Əsas yeyinti məhsulları 2008-ci ilin 9 ayında 2016-ci ilin 9 ayında
 ət və ət məhsulları 16.8 min ton 20.1 min ton
Buğda 790 min ton 1 mlrd. 120 mln. ton
Şəkər  200.8 min ton 320 min ton
Kərə yağı 5.7 min ton 11.2 min ton
Bitki və heyvan mənşəli yağ 68.8 min ton 107.5 min ton
Çay 5.4 min ton 8.8 min ton

Göründüyü kimi, ötən müddət ərzində ərzaq məhsullarının idxaldan asılılığı nəinki azalıb, əksinə artdığı müşahidə olunur.  Xüsusilə, 2008-ci ildən başlayaraq, taxıl istehsalını yüksəltmək üçün hökumət dövlət büdcəsindən subsidiyaların ayırmasına start verdi. Kənd Təsərrüfatı Nazirliyi  taxıl istehsalının artımı üçün əlavə əkin torpaqları da ayırdı. Ötən müddət ərzində bu istiqamətdə həm istehsalın, həm də idxalın artımının şahidi oluruq. Ekspertlər bildirir ki, həm istehsal, həm idxal o zaman eyni vaxtda arta bilər ki, daxili tələbat yüksək olsun.  Dövlət Statistika Komitəsinin məlumatına inansaq, ötən 8 il ərzində əhalinin sayında 900 min nəfər civarında artım müşahidə olunub. Təbii əhalinin artımı yeyinti məhsullarına tələbatı da artırır. Amma ekspertlərın hesablamalarına görə həm istehsal olunmuş, həm də idxal olunmuş məhsulların cəmi ilə əhalinin artan sayı arasında fərq kifayət qədər böyükdür.

Qeyd edək ki, ərzaq təhlükəsizliyinin təminatı dedikdə ölkənin ərzaq mallarına, qida məhsullarına, içməli suya olan tələbatını daxili istehsal hesabına tam həcmdə, keyfiyyətli, davamlı, hamı üçün əlçatan olmaq şərti ilə ödəməsi və əlavə olaraq 20 faiz də ehtiyat kimi saxlanması nəzərdə tutulur. Azərbaycanda isə hökumət ərzaq təminatın 80 faiz ödənilməsini və 20 faiz ehtiyatın yaranmasını ərzaq təhlükəsizliyinin tam təminatı kimi təqdim etməyə çalışır. Halbuki, hesablamalara görə, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatın yarısını belə ödəyə bilmir. Bəzi məhsullar üzrə bu rəqəm 30-40 faiz, bəzi məhsullar da isə 40-50 faiz arası dəyişmişdir.

Vüsalə Rüstəmova

Gununsesi.info