Ərindən boşanıb yüksək miqdarda təzminat alacaq

  • By admin
  • 23 Yanvar 2020 16:48

Müğənni-aktyor Əmrah boşanır. Gununsesi.org xəbər verir ki, o, 6 ildir evli olduğu Sibel Kirer ilə yollarını ayırır.

Bir neçə ay əvvəl ayrılan, daha sonra bir-birinə şans verən cütlük münasibətlərini bitirmək qərarına gəlib.

 Hətta, S. Kirer bir neçə vəkillə görüşməyə başlayıb. O, Əmrahdan yüksək miqdarda təzminat almaq niyyətindədir.

Qeyd edək ki, Sibellə Əmrahın bu nikahdan iki övladı var.


Gununsesi.org