Ərdoğanın çıxışını masaya əl vuraraq alqışladılar

  • By admin
  • 14 Fevral 2020 21:46

Dünən Pakistanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkənin parlamentində çıxış edib.

Gununsesi.org “Haberler”ə istinadən xəbər verir ki, Türkiyə-Pakistan dostluğundan bəhs edən Ərdoğanın sözləri əllərini masaya vuran parlament üzvləri tərəfindən tez-tez kəsilib.

Məlum olub ki, bu hərəkət Pakistan mədəniyyətində alqışlamaq mənasını ifadə edir.

Gununsesi.org