Ərdoğan Maykl Penslə görüşdü

  • By admin
  • 17 Oktyabr 2019 18:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın prezident köməkçisi Mayk Pensi qəbul edib.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı Ərdoğanla Pensin gərgin olması diqqətdən qaçmayıb. Ərdoğan Mayk Pensi “Welcome, how are you” sözləri ilə qarşılayıb. Trampın köməkçisi prezidentə təşəkkürünü bildirib.

Qeyd edək ki, Mayk Pens Xarici İşlər naziri Mayk Pompeo və ABŞ prezidenti Donald Trampın İŞİD-ə qarşı Qlobal Koalisiyanın xüsusi nümayəndəsi Ceyms Cefri ilə birlikdə Suriyanın şimalında başladılan “Sülh Çeşməsi” hərəkatını müzakirə etmək üçün Ankaradadır.