Ərdoğan İngiltərə liderinə başsağlığı verdi

  • By admin
  • 23 Mart 2017 19:36

erdogan

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Tereza Meylə telefon əlaqəsi yaradıb.

Axar.az xəbər verir ki, danışıq zamanı dövlət başçısı Londonda baş verən terror aktı ilə bağlı Meyə başsağlığı ünvanlayıb.

Ərdoğan beynəlxalq sülhü və sabitliyi təhdid edən terrorizmlə mübarizədə Türkiyənin dost və müttəfiq Birləşmiş Krallığın yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, dünən Britaniya parlamenti yaxınlığında atışma baş verib. Terakt nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Britaniya KİV-i teraktı Əbu İzzəddin adlı şəxsin törətdiyini bildirib.

 

Gununsesi.info