Ərdoğan da Putinə başsağlığı verdi

  • By admin
  • 25 Dekabr 2016 23:00

erdoqan-putin-1

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Soçi yaxınlığında baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Kremlin məlumatında deyilir.

“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Putinə zəng edərək təyyarə qəzası ilə əlaqədar  səmimi başsağlığını bildirib”, məlumatda bildirilir.

Tərəflər həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbətdə hazırda Rusiyada səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.

Gununsesi.info