Bu dairələrdə qalib hələ də bəlli deyil – Ən gərgin dairə də var – SİYAHI

  • By admin
  • 10 Fevral 2020 11:42

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Gununsesi.org xəbər verir ki, 118 seçki dairəsində lider namizədlər bəlli olsa da, bu, 7 seçki dairəsində müəyyənləşməyib.

Bunlar arasında İqbal Ağazadə ilə Rauf Arifoğlunun rəqib olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi də var:

– 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi

– 35 saylı Xətai Üçüncü Seçki Dairəsi

– 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi

– 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi

– 77 saylı Astara Seçki Dairəsi

– 123 saylı Kəlbəcər Seçki Dairəsi

– 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi

Gununsesi.org