“Ən ciddi problem ərzağın qiymətində ola bilər” – Deputat

  • By admin
  • 31 Mart 2020 16:10

Koronavirusun yayılması bütün dünyada, eləcə də ölkəmizdə ərzaq məhsullarının qıtlığının yarana biləcəyi ilə bağlı təşviş və ehtimallara yol açmaqdadır.

Maraqlıdır, əgər xəstəliyin yayılması davam edərsə, o zaman doğrudan da ərzaq məhsullarının qıtlığı yarana bilərmi?

Gununsesi.org xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov ölkəmizdə bir neçə aylıq ərzaq ehtiyatının mövcud olduğunu vurğuladı. Millət vəkilinin sözlərinə görə, ərzaq məhsullarının qiymətləri ilə bağlı problemlərin meydana çıxması daha çox gözləniləndir:

“Bu problemlər ümumiyyətlə mövcuddur. Biz mütəmadi surətdə bu problemlərə toxunuruq. Azərbaycan hökuməti, o cümlədən Nazirlər Kabinetinin yanıdna Operatriv Qərargah da bu işlələrlə məşğul olur. Bunlar olduqca ciddi məsələlərdir.

Aldığım məlumata görə, hələlik ölkəmizdə dörd aylıq ərzaq ehtiyatı var. Bu ehtiyat anbarlarda yerləşdirilib və kifayət qədərdir. Bu baxımdan problem olmamalıdır. Ən ciddi problem ərzağın qiymətində ola bilər. Qiymətlə bağlı da Azərbaycan hökumətinə bəzi təkliflər bidlirmişəm. Qeyd etmişəm ki, bəzi ərzaq məhsullarının qiymətini dondurmaq lazımdır. Çörək, şəkər tozu, ət və s. bu qəbildən olan məhsullardır. Bunların qiymətini dondurmağa ehtiyac var.

Ərzaq məhsullarının üzərində ciddi nəzarət təmin edilməldiir. Doğrudur, İqtisadiyyat Nazirliyi müəyyən işlər görür. Monitorinqlər aparır. Lakin bununla belə ərzaq məhsulları üzərində nəzarətin bir qədər də artırılmasına ehtiyac var”.