“Ən böyük eşqimi tapmışam” – Mətanət İsgəndərlidən ETİRAF

  • By admin
  • 14 Fevral 2020 11:00

Əməkdar artist Mətanət İsgəndərli “ARB” kanalında yayımlanan “Ona qalsa” verlişində qonaq olub.

Gununsesi.org xəbər verir ki, müğənni Sevgililər Günü ilə bağlı hisslərindən danışıb:

“Mən mahnı ifa edərkən kimisə fikirləşmirəm. Həmişə gözümün önünə həyatımı, çəkdiyim əziyyətləri gətirirəm. Mən ən böyük eşqimi tapmışam. Bunu indi yox, elə həyatı dərk edən andan tapdım. Mənim ən böyük eşqim Allahdır. Məncə, bu elə belə də olmalıdır. Ən böyük eşq Allaha məxsusdur. Düzdür, bu gün Sevgililər Günüdür. Hamı istəyir ki, sevgilisindən danışsın. Amma o sevgini insana bəxş edən də Allahdır. Sevgi hissini Allah hər kəsə nəsib etmir. Mən belə fikirləşirəm ki, heç kimin, heç nəyin üstündə əsməyəsən. Çünki hamısı əldən çıxır. Ona görə Allahı sevmək lazımdır. O, əbədi sevgidir”.

Gununsesi.org