Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü

  • By admin
  • 18 Yanvar 2017 19:43

doyce

 

“Doyçe Bank” ABŞ-a 7,2 milyard dollar verməyə razılaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik bankın özünə qarşı bütün ittihamların dayandırılması qarşılığında 3,1 milyard dollar ödəməyə razılıq verdiyini bildirib. 4,1 milyard dolları isə bank amerikalı müştərilərinə vurduğu ziyan qarşılığında ödəməyi nəzərdə tutub.

“Doyçe Bank qeyri-qanuni əməliyyatlar və məsuliyyətsiz kreditləşmə praktikasına görə məsuliyyət daşıyır. Bunun sayəsində investorlar və Amerika vətəndaşlarına ciddi ziyan dəyib”, – nazirliyn məlumatında bildirilib.

Qeyd edək ki, “Doyçe Bank” Almaniyanın ən böyük bankı sayılır.

 

Gununsesi.info