Əmrah oğlunun cavabını verdi - "ƏDƏBİM ƏL VERMƏZ ƏDƏBSİZLİK EDƏNƏ..."

  • By admin
  • 18 May 2017 14:48

emrah ve oglu

Müğənni Əmrah böyük oğlu Tayfun Ərdoğanın ittihamlarına sosial şəbəkə vasitəsilə cavab verib. 

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Tayfun bu yaxınlarda Əmrahın kiçik qardaşı Elyasa ilə birlikdə paylaşdığı fotosuna bunları yazmışdı:

“Atamı görməyə getdim, məni qəbul etmədi. Həmən onun ardından qardaşımla bir foto paylaşdı, canım yandı. Yaşım neçə olursa olsun, mən də atamın qoynuna başımı qoymaq istəyirəm. Bu, qısqanclıq deyil. O da mənim qardaşımdır. Amma çətin günlər keçirirəm. Çox şeymi istəyirəm? Bilmirəm”.

Bu dəfə səssizliyini qoruya bilməyən müğənni Tayfunun bu sözlərinə Yunus Əmrənin misralarıyla cavab verib.

Belə ki, “Ədəbim əl verməz ədəbsizlik edənə, Susmaq ən gözəl cavab ədəbi əldən gedənə…” deyib.

Gununsesi.info