Əməkdar artist gileyləndi: “Evim kiçik olduğundan, övladlarımı evləndirə bilmirəm” - VİDEO

  • By admin
  • 19 İyun 2020 15:03

“Üç övladım var. Birinə ev alıb, evləndirmişəm. O zaman mümkün idi, amma indi yox. Digər övladlarımı evləndirmək üçün onlara da ev alınmalıdır”.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

O, evinin şəraitsiz və kiçik olduğundan şikayətlənib:

“Evim çox kiçikdir. İki otaqlıdır, 56 kvadrat metr sahəsi var. Dörd mərtəbəli binanın birinci mərtəbəsində qalıram. Evdə mənimlə bərabər oğlum, qızım və həyat yoldaşım qalır.

İndi yenə evim barədə danışacağam, deyəcəklər ki, səhnə geyimləri üçün ev istəyir. Mənim çoxlu səhnə geyimlərim var. Onları səliqəli saxlaya bilməyim üçün yerim yoxdur. Bunun üçün böyük ev olmalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Elnarə Abdullayevanın söylədiyi “İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük olmaz. Qoy, dövlətimiz şikəstin, imkansızın, Qarabağ əlilinin dərdini çəksin. Bunlar onsuz da dövlətimizə yükdür. Bu gün mən qazandığım halda, dövlətimə yük olmaq istəyirəmsə, Allah mənə qənim olsun!” kəlmələrini R.Allahverdiyeva öz ünvanına götürmüşdü və ikili arasında qalmaqal yaşanmışdı.

 

 

Gununsesi.org