Əlövsət Əliyev azadlığa buraxıldı

  • By admin
  • 13 Fevral 2020 14:38

Almaniyada azərbaycanlı “mühacirlərin saxta sənədlə miqrasiya etməsi” ilə bağlı saxlanılan Əlövsət Əliyev azadlığa buraxılıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə onun oğlu Türkəl Rüstəmxanlı məlumat verib.

 Ə.Əliyev 2019-cu ilin noyabrında alman polisi tərəfindən bir neçə nəfərlə birgə saxlanılmışdı. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli insanı Almaniyaya aparıblar.

Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb. Bununla bağlı keçirilən əməliyyat zamanı saxlanılanlardan biri də “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev idi.

Gununsesi.org