Əliyevdən Aderə: “Sülh və tərəqqi arzulayıram”

  • By admin
  • 22 Oktyabr 2016 19:25

????????????????????????????????????

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti  Yanoş Aderə təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və tərəqqi arzulayıram”.

Gununsesi.info