Əli Kərimlinin köməkçisi yenidən həbs edildi

  • By admin
  • 26 May 2020 14:01

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli 15 sutkalıq həbs olunub.

Gununsesi.org Modern.az-a istinadla xəbər verir ki, Faiq Əmirli Ramazan bayramı ilə əlaqədar olaraq Sabirabad rayonuna valideynlərinin qəbrini ziyarət etməyə gedib.

Onun “ictimai qaydaları pozduğuna” görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, aprel ayının əvvəlində F.Əmirli karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci madəsi ilə ittiham edilmiş və Səbail rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs edilmişdi.

Bu həbs son 2 ayda Faiq Əmirlinin 2-ci cəza çəkməsi olacaq.

Gununsesi.org