Əli İnsanov məhbusları müalicə etdiyinə görə cəzalandırılır

  • By admin
  • 24 Avqust 2016 12:56

ALİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbədən əldə edilmiş məlumata görə, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş.

Gununsesi.info virtualaz.org  istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.

Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Araşdırma zamanı Əli İnsanov sabotaja əl atıb, dava salıb və məhbusları üsyana qaldırmaq cəhdi edib. (virtualaz.org)

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı «Turan»ın sualına yalnız 2 saatdan sonra cavab verə biləcəyini söyləyib.

***

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılıb. Bu haqda “Azadlıq”a onun vəkili Toğrul Babayev məlumat verib. Vəkil xəbəri avqustun 23-də, gecə 23 radələrində alsa da, gec olduğundan, cəzaçəkmə müəssisəsinə bu gün səhər saat 9-da gedib. Purokurorluq əməkdaşları cəzaçəkmə müəssisəsinə buraxılsa da, vəkilin müəssisəyə girməsinə imkan verilməyib. Keçmiş nazirə cinayət işinin hansı səbəbdən və hansı maaddəylə açıldığı məlum deyil.

Gununsesi.info