Əli Babacan partiyasını qurdu – Ərdoğandan münasibət

  • By admin
  • 11 Mart 2020 22:45

Türkiyənin Baş Nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasını (Demokrasi və Atılım Partisi – DEVA Partisi) quraraq sədrliyini elan edib.

Gununsesiaz.info Türkiyə mediasına istinadən xəbər verir ki, DEVA-nın Təsisçilər Heyətinin 90 üzvü var. Onlardan 27-si qadın, 16-sı isə gənclərdir. Onların arasında keçmiş nazirlər Sadullah Ergin, Selma Aliyə Kavaf, Nihat Ergün, jurnalist Gülay Göktürk, AKP-nin keçmiş millət vəkilləri yer alıb.

DEVA-nın loqosu su damlası içərisində  budaqdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEVA-nın yaranmasına belə münasibət bildirib:

” Mübarizəsi inanc, millət, ölkə olmayanın sonu hər zaman məyus olmağa məhkumdur. Bunların heç biri bizi zərrə qədər maraqlandırmır”.

 

 

Gununsesiaz.info