Əhəd Abıyev “əmlakları” barədə dərc edilənlərə reaksiya verdi: “İşlərimizə kölgə salmaq istəyirlər”

  • By admin
  • 09 İyun 2020 16:33

Daşkəsən Rayon İcra Hakimiyyətini Başçısı Əhəd Abıyev bəzi xəbər saytlarında əmlakları barədə  dərc edilənlərə reaksiya verib.

Gununsesi.org-un sorğusuna cavab olaraq İcra başçısı bildirib ki, bunlar yalan və böhtan məlumatlardır.

“Masallıda kimin nə obyekti varsa, hamısını mənim adıma yazıblar. Bunların heç birinin hüquqi əsası yoxdur. Son bir həftədə mən bir neçə nəfərin davamlı şantajına məruz qalıram. İşlərimizə kölgə salmaq istəyirlər. Mənə qarşı məqsədyönlü kampaniya aparılır”, – deyə o bildirib.

İcra başçısı Əhəd Abıyev bildirib ki, bunlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi müraciət edib.

“Bir daha bəyan edirəm ki, həmin əmlakların mənə hansısa bir aidiyyəti yoxdur. Karantin girəndən bu günə qədər bir dəfə də olsun, rayonu tərk etməmişəm. İnsanların içərisindəyəm”.

Gununsesi.org