Əfv Komissiyasının tərkibi dəyişəcək

  • By admin
  • 14 May 2020 14:59
Əfv Komissiyasının tərkibində dəyişiklik olacaq”.
Gununsesi.org xəbər verir ki, bu barədə Qaynarinfo-ya mötəbər mənbədən məlumat verilib.
Məlumat verən şəxsin bildirdiyinə görə, komissiyanın üzvlərinin əksəriyyəti qurumdan çıxıb:
“Komissiyanın sədri Ramiz Mehdiyev qurumdan çıxıb. Komissiya üzvü Elmira Axundova hazırda Ukraynada səfirdir. Onların yeri boşdur. Bundan əlavə bəzi nazirlər də vəzifələrindən çıxarılıb və başqa vəzifəyə keçirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev də komissiya üzvüdür. Nazirlikdə baş verənlərlərdən sonra Əbülfəs Qarayevin komissiyada qalıb-qalmaması sual altındadır. Ona görə də Əfv komissiyasının tərkibi dəyişəcək”.
Məlumat verən şəxs onu da qeyd edib ki, koronavirus infeksiyası ilə əlaqədar Əfv Komissiyasının iclasları keçirilmir.

Gununsesi.org