Əfsanəvi aktrisa iflic oldu

  • By admin
  • 08 Noyabr 2019 22:23

Kino dünyasının məşhur siması Ketrin Denev iflic keçirib.

Gununsesi.org “Posta”ya istinadən xəbər verir ki, 76 yaşlı fransız aktrisa Parisdə xəstəxanalardan birinə yerləşdirilib.

İlkin müayinə zamanı onun beyin funksiyalarının zərər görmədiyi müəyyənləşdirilib.

Aktrisanın meneceri Denevin hərəkət qabiliyyətini itirmədiyini, bir müddət dincəlməyə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Ketrin Denev 1967-ci ildə “Belle Du Jour” filmi ilə şöhrət qazanıb. Karyerası ərzində 100-dən çox filmdə rol alıb. “Oskar” mükafatına namizəd olub.

 

Gununsesi.org