Əfsanə “Qalatasaray”a qayıdır

  • By admin
  • 25 May 2020 13:22

“Qalatasaray” futbol klubunun məşqçilər korpusunda yer alan Həsən Şaşın istefasından sonra Fatih Terim onu xarici məşqçi ilə əvəzləməyi düşünür.

Gununsesi.org-un Türkiyənin “Hürriyet” qəzetinə istinadən məlumatına görə, bu şəxs Niderland millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Uesli Sneyder olacaq.

Məlumat üçün qeyd edək ki, U.Sneyder 2013-2017-ci illərdə “Qalatasaray”da çıxış edib. Tanınmış yarımmüdafiəçi ötən il futbolçu karyerasını başa vurub.

 

 

Gununsesi.org