Əfran İsmayılov “Keşlə” ilə əməkdaşlıq müqaviləsi imzaladı

  • By admin
  • 13 Avqust 2019 13:56

“Keşlə” növbəti transferini reallaşdırıb.

Gununsesi.org xəbər verir ki, klub rəhbərliyi ilə futbolçu Əfran İsmayılov arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Ə.İsmayılov ilə bağlanmış müqavilənin müddəti 1 il təşkil edir.

Qeyd edək ki, Ə.İsmayılovun son klubu “Sumqayıt” olub.

Gununsesi.org