Əfqanıstanda “Taliban” 12 təhlükəsizlik əməkdaşını öldürdü

  • By admin
  • 17 İyun 2020 11:23

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.

 

Gununsesi.orgun APA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Cövzcan vilayətində “Taliban” döyüşçülərinin iki yoxlanış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı öldürülüb, 5 nəfər yaralanıb. 

Toqquşma zamanı 5 “Taliban” üzvü öldürülüb, 10 nəfər isə yaralanıb. 

“Taliban” döyüşçüləri təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını əsir götürüb. 

“Taliban” hücumla bağlı açıqlama yaymayıb.

Gununsesi.org