Əfqanıstanda qar uçqunu

  • By admin
  • 13 Fevral 2020 20:09

Əfqanıstanın Daykundi kəndində qar uçqunu baş verib.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb.  Daha 7 nəfər isə uçqun altında qalıb. Onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, qar uçqunu nəticəsində 50 ev dağılıb, onlarla heyvan tələf olub.

 

 

Gununsesi.org