Əfqanıstanda məsciddə partlayış, ölənlər var – Video

  • By admin
  • 12 İyun 2020 20:40

Əfqanıstanın Kabil şəhərinin qərb hissəsində yerləşən Şah Suri məscidində partlayış olub.

Gununsesi.org bildirir ki, bu barədə “TOLOnews” Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Hadisə nəticəsində dörd nəfər, o cümlədən imam həyatını itirib. Daha beş nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, cümə namazı zamanı əldəqayırma partlayıcı qurğu partlayıb.

 

 

 

Gununsesi.org