Əfqanıstanda intiharçı bomba hücumu: 6 ölü

  • By admin
  • 10 Fevral 2020 18:12

Əfqanıstanın cənubunda şənbə günü polis idarəsinin önüncə partlayıcılarla dolu maşında intiharçı bomba hücumu baş verib. Azı altı polis zabiti həlak olub.

Hücumu həyata keçirən şəxs hərbi HMMWV (Hamvi) maşınını partladıb. Əfqanıstan rəsmiləri Amerikanın Səsinə bildirib ki, partlayış Helmand vilayətinin Gereşk rayonunda baş verib.

“İntiharçının hədəfi Gereşkin əsas bazarı olub. O, qanlı insidentə səbəb olmaq istəyib, lakin polis onu müəyyən edəndən dərhal sonra özünü partlatmaq qərarına gəlib” – deyə, Gereşk rayon polis idarəsinin rəisi İsmail Xpalvak Amerikanın Səsinə bildirib.

“Altı polis zabiti öldürülüb, körpü isə qismən zədələnib”, o əlavə edib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb, amma vilayətdə Taliban qiyamçıları fəaldırlar və daha öncə bənzər hücumların məsuliyyətini üzərlərinə götürüblər.

Gununsesi.org