Əfqanıstanda dəhşətli hücum: xeyli sayda insan öldürüldü

  • By admin
  • 13 İyun 2020 12:13

Əfqanıstanın cənub-şərqində ötən gecə törədilən silahlı hücum nəticəsində azı 8 nəfər ölüb.

Gununsesi.org Report” a istinadən xəbər verir ki, hadisə Xost əyalətinin Əlişir dairəsindəki xəstəxananın qarşısında baş verib.

Ölənlər arasında “Hizbi-İslami” partiyasından parlament seçkilərində keçmiş namizəd Əbdül Vəli İxlasın da olduğu bildirilir.

Hələlik bu hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.

Gununsesi.org