Əfqanıstan hökümətindən gözlənilməz qərar: dustaqxanalarda olan talibləri azadlığa buraxacaq - SƏBƏBİ

  • By admin
  • 11 Mart 2020 08:39

Əfqanıstan Prezidenti Əşrəf Qani həbsxanalarda olan “Taliban” qruplaşmasının üzvləri ilə bağlı əvf fərmanı imzalayıb.

“TOLO News” xəbər verir ki, onların azadlığa buraxılması prosesi martın 13-ü başlayacaq.

Prezident fərmanının detalları martın 11-i elan ediləcək.

Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.

Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.

Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökümətinə qarşı döyüşləri bərpa edib.

 

Xəbər oxu.az saytında dərc edilib.

 

Gununsesi.org