Əfqanıstan əsir taliblərlə bağlı qərar qəbul etdi

  • By admin
  • 11 Mart 2020 10:41

Əfqanıstan Prezidenti Əşrəf Qəni əsir götürülmüş taliblərin həbsdən azad edilməsi prosedurunu sadələşdirmək üçün fərman imzalayıb.

Gununsesi.org “İnterfax” agentliyinə istinadən xəbər verir ki, Əşrəf Qəni tərəfindən belə bir təşəbbüsün, münaqişənin sülh yolu ilə həlli mövzusunda “Taliban”la danışıqlara başlamaq üçün həyata keçirildiyi ehtimal olunur.

Xatırladaq ki, daha əvvəl BMT Təhlükəsizlik Şurası ABŞ-ın “Taliban”la razılaşmasını təsdiqləyən qətnaməni yekdilliklə dəstəkləmişdi.

Gununsesi.org