Əfqan Muxtarlı azadlıqda ÖZƏL

  • By admin
  • 17 Mart 2020 18:41
2 il öncə həbs edilən jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb.
 Gununsesi.org-a verilən xəbərə görə, siyasi məhbus Əfqan Muxtarlının azadlığa buraxılması barədə ölkənin siyasi rəhbərliyi tərəfindən göstəriş verilib.
Jurnalistin azadlığa çıxması üçün isə bu gün  məhkəmə keçirilib və cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Qeyd edək ki, Əfqan Muxtarlı Gürcüstdandan naməlum şəraitdə gətirilərək, həbs edilib.
AMnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu vicdan məhbusu elan edib.