Əcnəbilər niyə Gürcüstanı Azərbaycandan çox sevir? -QUBAD İBADOĞLU YAZIR

  • By admin
  • 16 Noyabr 2019 12:38

Gürcüstan Milli Bankının analitik hesabatında göstərilir ki, cari ilin oktyabr ayında Gürcüstana 735,1 min nəfər səfər edib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 418,3 min nəfər turist gəlib. Deməli, Azərbaycana 3 ayda gələn turistlər Gürcüstana 1 ayda gedir. Halbuki, Azərbaycanla müqayisədə Gürcüstan əhalisi 2,5 dəfə azdır, ərazisi isə 1,25 dəfə kiçikdir. Gürcüstana 2018-ci ildə 8,68 milyon (əhalisindən 2,2 dəfə çox), Azərbaycana isə 2,85 milyon (əhalisinin 28,5 faizi qədər) turist gəlib. Deməli, Gürcüstana ötən il gələn turistlərin sayı Azərbaycandan 3 dəfə çox olub. Yeri gəlmişkən, Gürcüstan 2025-ci ildə 11 milyon turist ev sahibliyi etmək və turizmdən 6,6 milyard dollar qazanmaq niyyətindədir. Azərbaycan isə hələ də, neft qoxusu verir. Sizcə, əcnəbilər niyə Gürcüstanı Azərbaycanda çox sevir? Biz nəyi düz etmirik?

Qubad İbadoğlu

 

Gununsesi.org