Əbülfəs Qarayev vətəndaşları qəbul edib

  • By admin
  • 14 Oktyabr 2019 20:06

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində bu il növbəti dəfə vətəndaşları qəbul edib.

Gununsesi.org xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Ə.Qarayev görüşdə iştirak edən vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətləri dinləyib.

Qəbula yazılmış vətəndaşlar mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar. Həmçinin paytaxt sakinlərinin fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahiş və təkliflərinə baxılıb.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Nazir sakinlərin qaldırdıqları bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

 

Gununsesi.org